Naxçıvan
mənim ana torpağımdır. |
Naxçıvan
şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada
yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm.
Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi
düzgün yoldadır. |
Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə
müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim
də həm
Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz
doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz. |
Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu
beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç
kəs dəyişdirə bilməz. |
Konstitusiyada
Naxçıvan Muxtar Respublikasının Statusu müəyyən olunubdur, əbədi
müəyyən olunubdur. |
Naxçıvan Azərbaycan
Respublikasının tərkibində Muxtar dövlətdir. |
Mən istərdim ki, Siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan
naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız. |
Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına
hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən
həmişə Sizə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. |
Qədim Naxçıvan torpağına eşq olsun! |
Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin
torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət
kəsb edir. |
Naxçıvanlılar öz torpağını qorumaq üçün ayağa qalxmış və böyük
qəhrəmanlıq nümunələri göstərmişlər. |
Mən üç il Naxçıvanda yaşamağımı və Sizinlə,
Muxtar
Respublikanın
əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən
parlaq, ən şərəfli bir dövrü hesab edirəm. |
Mən nə doğulduğum yeri heç vaxt unuda bilərəm, nə də ki, üç il
müddətində burada Naxçıvanın problemlərinin həlli ilə əlaqədar
Sizinlə birlikdə gördüyüm işləri. |
Ötən günləri xatırlayanda, indi Naxçıvan demək olar ki, çox
gözəl bir vəziyyətdə yaşayır. |
Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də
Naxçıvan dayaqdır. |
Saf mə’nəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında
baş əymişəm və baş əyirəm. |
Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu
torpağın qarşısında baş əyirəm. |
Naxçıvanlılar özlərinə məxsus ad qazanıblar. |
Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin. |
Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil.
Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı
qazanıblar. Naxçıvanlılar özlərini dəyanətli, dözümlülüyü,
qüdrəti, cəsarəti və mə’nəvi saflığı ilə bu haqqı qazanıblar. |
Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna
imkan vermədi. Mən getdim, amma ürəyim buradadır. |
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixn dünya
mədəniyyətinə, bəşər mədəniyyətinə böyük tohfələri olmuşdur. |
İndi Naxçıvanda məktəblər tikilir.
Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda
tikilir. Muxtar Respublikada xəstəxanalar tikilir. Yə’ni
Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin
şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar,
zəhmət çəkirlər, fədəkarlıq, vətənpərvərlik göstərirlər. |
Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində
əyilməyibdir, dözübdür, bundan sonrada yaşayacaqdır. |
Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir,
yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir
olduqlarını dünyaya həmişə nümayiş etdiriblər. |
Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki
nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar,
inkişaf etdirsinlər, daha da yüksəltsinlər. |
Mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə
malik olan Universitetlərinin fəxri doktoruyam. Ancaq daha da
çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikasının Yusif
Məmmədəliyev adına Universitetinin doktoruyam. |
Mən ilk təhsilimi Naxçıvanda almışam. Əziz müəllimlərim
Naxçıvanda mənə orta təhsil verib məni həyata buraxıblar. Ona
görə Naxçıvan təhsili məktəbi mənim üçün əzizdir. |
Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə
demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri
Naxçıvandır. |
Naxçıvanda son illərdə quruculuq
işləri gedir
-
məktəblər tikilir,
xəstəxanalar tikilir, yaşayış evləri tikilir. |
Naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini
irəli aparırlar, qururlar, yaradırlar. |
Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan
Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir. |
Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın, müstəqil
Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən,
diyarlarından biridir. |
Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çoz
zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il
tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin
hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın
nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və
gələcəkdə də göstərəcəkdir. |
Naxçıvan qədim zamanlarda Azərbaycanın ən mö’təbər bölgələrindən
biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu
dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər
zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə məhv olub külə
dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı
yaşatmışlar. |
Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın
dövlətçilik tarixidir. |
Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və
“Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması
Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu
bir daha göstərir. |
XlX-XX əsrlər dövründə də Naxçıvan həmişə mədəniyyətə, təhsilə
çox maraq göstərmiş, mədəniyyəti inkişaf etdirmişdir. |
Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər,
sənətkarlar diyarı olubdur. |
Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda
məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin
dərsləri qavraması çox yüksək səviyyədə idi. |
Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o
cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri
mənim bu günkü dilimin əsasını təşkil edir. |
Təsadüfi deyil ki, Azərbarcanda elə bu gün də, on il də, iyirmi
il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan
insanların,
akademiklərin, professorların, unuversitetlərdə dərs
verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat
instutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvanda
başlayıblar. |
Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbabətidir. |
Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. |
Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli
şüurun,
Azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır. |
Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada
da öz əsərlərimi görürəm. Mənim əsərlərim şe’r deyil, roman
deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim
xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış
evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su
hövzələri, su kəmərləridir. |
Belə ağır şəraitdə biz yaşadıq, amma Naxçıvan əyilmədi, Naxçıvan
öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və Naxçıvan bu günlərə
çıxdı. |
Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları
qorudum, mən də onları saxladım. |
İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür. |
Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu çətin bir
dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. |
Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini,
muxtariyyətini gələcəkdə də tə’min etmək üçün Qars müqaviləsi
bizim üçün çox böyük əvəz olmayan bir sənətdir. |
Naxçıvanın
muxtariyyət statusu alması da çox ağır, gərgin bir
dövrdə, yə’ni gərgin mübarizələr nəticəsində olmuşdur. |
Naxçıvanın muxtariyyət alması və 75 il müddətində Muxtar Dövlət
kimi yaşaması böyük hadisədir. |
Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim
üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda
quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün
əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən
1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim
olubdur. |
Təbiidir ki, mən Vətənimi çox sevən adamam. 60 il bundan öncə
burada dərs deyən müəllimlərimin adlarını da bu gün yadımdan
çıxarmamışam. |
Nəhayət, mənim üçün bir dəyərli xatirə də var. 1992-ci ilin
oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə
rastlaşdıq. Bəli, Xalq Cəbhəsinin silahlı dəstələri gedib
Muxtar
Respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının
binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməyə
çalışdılar. O dövrdə xalq ilk dəfə artıq Xalq Cəbhəsini yox,
bizi müdafiə etdi. |
Naxçıvan
camaatı
burada mənə böyük hörmət, qayğı, məhəbbət
göstərib, ən ağır anlarda mənim dayağım olub, arxamda durubdur,
mənimlə bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə
aparmışıq, qalib gəlmişik. |
Naxçıvan haqqında mənim ürəyim o qədər doludur ki, nə qədər
desəm yenə də tükənməz. |