«Ömrümün bundan sonrakı hissəsini...yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.»

                                                                                         Heydər Əliyev.

Azərbaycan xalqı öz dahi rəhbərini köməyə çağırırdı...

     1993-cü ilin yayında ölkəmizdə iqtisadi, sosial və siyasi gərginlik son həddə çatmışdı. Bir tərəfdən Ermənistanın torpaqlarımızı işğal etməsi, qaçqın və köçkünlərin sayının sür’ətlə artması, digər tərəfdən də Rusiya ilə dəmir yolunun bağlanması, dövlət və iqtisadiyyat strukturlarında qarşılıqlı əlaqələrin pozulması, hərc-mərcliyin həyatın demək olar ki, bütün sahələrinə sirayət etməsi, müxtəlif siyasi qüvvələrin hakimiyyət üstündə çarpışmaları onsuz da gərgin olan vəziyyəti, mövcud olan böhranı günü-gündən dərinləşdirirdi. Belə bir ağır vəziyyətə düşən xalq nəhayət, son sözünü deməli, öz iradəsini ifadə etməli idi.

     Gərginliyin son nəticəsi kimi, iyun ayında Gəncə hadisələri baş verdi. Müstəqil Azərbaycan Respublikasının bu müsibətli günlərində günahsız insanlar qətlə yetirilidi, qardaş qanı axıdıldı. Ölkə vətəndaş müharibəsi həddəinə çatdı, məmləkətin parçalanması təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin rəhbərliyi tə’cili surətdə hər cür vasitələrdən istifadə etməklə qəti və tə’sirli tədbirlər görməli, respublikada sabitliyin bərqərar olmasına sə’y göstərməli idi. Lakin hakimiyyət sözün həqiqi mə’nasında iflic vəziyyətinə düşdüyündən bu artıq mümkün deyildi. Digər tərəfdən də cənubda “Talış Muğan Respublikası”nın e’lan edilməsi, şimalda ləzgi, qərbdə kürd problemləri Azərbaycanı daha da parçalanmaq təhlükəsi ilə üz-üzə dayandırmışdı. Odur ki, ümumxalq tələbləri qarşısında artıq dayana bilməyən Əbülfəz Əliyevin tə’kidli də’vəti ilə Heydər Əliyev Bakıya gəldi. Milli Məclisin 15 İyun 1993-cü il tarixli iclasında Heydər Əlirza oğlu Əliyev səs çoxluğu ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

 

   Erməni mətbuatı isə həyəcanla yazırdı:

 

   “İndi Əliyev Bakıdadır və başa düşmək lazımdır ki, hər halda orada qayda yaradılacaqdır”.

   “Heydər Əliyevin Bakıda olması, Heydər Əliyevin Naxçıvanda olması demək deyil”.

   “Enerjili, hökmlü və kifayət qədər ağıllı Əliyev üçün ağır olacaq, çünki tamamilə darmadağıdın edilmiş Pompeyi bir anın içində güllü-çiçəkli çəmənzara döndərmək olmaz”.

   “Hazırda həqiqət bu cürdür: kim bu mə’nasız müharibədə qələbə qazansa, axır nəticədə bu mənasız qələbələrin əvəzini məhz o artıqlaması ilə ödəməli olacaqdır. Çünki Heydər Əliyevin Naxçıvanda olması, Ermənistan üçün Bakıda olmasından daha faydalı və daha əlverişli idi."

 

    Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Əliyev iyunun 17-dən 18-nə keçən gecə dövlət orqanlarından xəbərsiz qəfildən Bakını tərk edib Ordubad rayonunun Kələki kəndinə getdi. Bununla respublikada vəziyyət daha da gərginləşdi.

    Milli Məclisin bir çox üzvləri Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Əbulfəz Əliyevin Azərbaycan Respublikasının prezidenti vəzifəsindən kənarlaşdırılmasını tələb edirdilər. Lakin müdirik və uzaqgörən bir siyasətçi olan Heydər Əliyev daha qanuni bir təklif irəli sürdu: Qoy xalq öz sözünü desin. Bunun üçünsə ümumxalq səsverməsi keçirilməli idi.

    Beləliklə, xalqın öz iradəsini ifadə etməyə imkan yaradıldı. 1993-cü il avqustun 29-da respublika referenduma getdi.

    Respublikamızda referendumun gedişinin obyektivliyinin tam tə’min edilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən dünyanın bir sıra ölkələrindən müşahidəçilər də’vət olunmuşdu. ATƏT-in, Türkiyənin, Yunanıstanın rəsmi nümayəndələri, bir çox xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları, çoxlu əcnəbi jurnalist ölkəmizin həyatındakı bu mühüm siyasi hadisəni diqqətlə izləyirdilər.

     Səsvermədə 3.767.928 nəfər (yə’ni 92.02faiz) vətəndaş iştirak etmişdir ki, onlardan 3.673.978 nəfəri (97,5 faiz) Əbülfəz Əliyevə e’timad göstərilməsinə “yox” cavabı vermişdi.

     Referendum hər yerdə “Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş, xalq öz iradəsini könüllü, sərbəst şəkildə və gizli səsvermə yolu ilə ifadə etmişdi.

     Qarşıda Azərbaycan xalqını yeni bir sınaq gözləyirdi: Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin prezidentliyə namizədliyi irəli sürülürdü. Çıxış edənlər onu beynəlxalq miqyaslı nüfuza malik dövlət xadimi kimi qiymətləndirir və gələcəyə ümüdlərini yalnız onun adı ilə bağladıqlarını söyləyirdilər.

     Birinci dəfə idi ki, Azərbaycana ATƏT-dən, Beynəlxalq Əmək  Təşkilatından,İnsan Hüquqları üzrə Helsinki qrupundan, eləcə də ABŞ, Almaniya, Türkiyə, İran, Rusiya və Qazaxıstandan 35 nəfər müşahidəçi gəlmişdi. Seçkilərin gedişini təqribən 60 nəfər əcnəbi jurnalist işıqlandırırdı.

     1993-cü il oktyabrın 3-də Azərbaycanda keçirilmiş prezident seçkiləri respublikamız üçün həqiqətən tarixi hadisəyə çevrildi. Bu hadisə xalqımızın əzm və iradəsini bir daha nümayiş etdirdi.  

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLDİ.