HEYDƏR  ƏLİYEVİN  SİYASİ FƏALİYYƏTİNİN NAXÇIVAN  DÖVRÜ.

1989-cu il.

29 Noyabr

H.Əliyev "Teatralnaya jizn" jurnalı üçün A.Karaulova müsahibə vermişdir.
14 dekabr Şərurun Sədərək, Günnüt və Havuş kəndləri ermənilər tərəfindən güclü atəşə tutulmuşdur.
31 dekabr Naxçıvan Muxtar Respublikasında on minlərlə adam Ordubaddan Sədərəyədək SSRİ Dövlət sərhəddi boyunca dirəklərin tikanlı məftillərini sökmüşlər.

1990-cı il.

18-19 yanvar Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuşdur.
19 yanvar "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə "Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan" Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdir.
19 yanvar M.S.Qorbaçov yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzalamışdır.
19-20 yanvar SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilmiş, dinç əhaliyə amansız divan tutulmuşdur.
20 yanvar Azərbaycanın Moskvadakı daimi nümayəndəsi S. İbrahimov "Barvixa" sanatoriyasında müalicə olunan H.Ə. Əliyevə zəng edərək yanvar faciəsi barədə məlumat vermişdir.
21 yanvar H.Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ictimaiyyət nümayəndələri qarşısında çıxış etmiş, yanvar faciəsinin günahkarlarını kəskin ittiham etmişdir.
27 yanvar Azərbaycan SSR Ali Soveti "Naxçıvan MSSR-də içtimai-siyasi vəziyyət haqqında "Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarının Azərbaycan SSR Konstitusiyasına uyğun olmaması barəsində" fərman vermişdir.
4 fevral "Pravda" qəzetində «Əliyevçilik, yaxud xoş əyyamların xiffəti» məqaləsi dərc olunmuş, H.Əliyevə qarşı siyayi təqib başlanmışdır.
27 mart Şahbuzun Şada kəndində ermənilərin silahlı basqını zamanı 6 nəfər yaralanmışdır.
28 mart Sədərəyin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində bir nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
29 mart Babək rayonunun Kərməçataq kəndində ermənilər bir soydaşımızı qətlə yetirmişlər.
5 May "Kommunist" qəzetində "Bu da Tayfa oyunudur?" adlı məqalə (müəl. Ş.Yaqubov) verilmişdir.
iyun "Ulduz" jurnalının 6-cı Nömrəsində jurnalist E.Əhmədovanın Moskvada H.Əliyevdən aldığı müsahibəsi dərc olunmuşdur.
22 iyul Saat 10:35-də H.Əliyev təyyarə ilə Naxçıvana gəlmişdir.
22 iyul Axşamçağı Naxçıvandakı Lenin meydanında H. Əliyevin onun gəlişi münasibətilə toplaşmış əhali ilə görüşü olmuşdur. Görüş mərasiminə 100 min nəfərə yaxın adam toplaşmışdı (mövzunun davamı)
1 avqust Naxçıvan alt trikotaj fabriki əmək kollektivinin seçkiqabağı yığıncağında, H.Əliyev 2 nömrəli M.F.Axundov seçki dairəsindən Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərilmişdir.
8 avqust Ordubad rayonunun Əylis kəndinin seçiciləri öz yığıncağında H.Ə.Əliyevi 349 nömrəli Vənənd seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərmişlər.
21 avqust Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyəti H.Ə.Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etmişdir.
25 avqust "Respublika" qəzeti A. Abdullanın H.Əliyev: Mən adamlara inanmışam" adlı müsahibəsini vermişdir.
25 avqust H.Ə.Əliyev Babək rayonunun 340 nömrəli seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına və 2 nömrəli M.F.Axundov seçki dairəsindən Naxçıvan MSSR xalq deputatlığına namizəd qeydə alınmışdır.
26 sentyabr H.Əliyev Tbilisidə çıxan "Sovet Gürcüstanı" qəzetinin müxbirlərinə müsahibə vermişdir.
30 sentyabr Azərbaycan SSR Xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri keçirilmişdir. Seçkilərin birinci turunda fərdi pensiyaçı H.Ə.Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsnndən isə Naxçıvan MSSR xalq deputatı seçilmişdir.
17 Noyabr H.Əliyevin sədrliyi ilə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə başlamışdır.
17 Noyabr Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası H.Ə.Əliyevin sədrliyi ilə "Naxçıvan MSSR-in adının dəiyşdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul etmişdir.   (mövzunun davamı)
19 Noyabr

Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının stenoqramı.

                                                                                 (mövzunun davamı)

20 Noyabr

Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının stenoqramı.

                                                                  (mövzunun davamı)

21 noyabr Naxçıvan MR Ali Məclisi H.Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir. (mövzunun davamı)
14 dekabr Naxçıvan MR Ali Məclisi deputat H.Əliyevin hazırladığı "Azərbaycan SSR-in DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" qərar qəbul etmişdir.

1991-ci il.

20 yanvar Naxçıvan şəhər şəhidlər xiyabanında keçirilən matəm mitinqində deputat H.Əliyev çıxış etmişdir.
5 fevral On ikinci çağırış Azərbaycan SSR Ali Sovetinin birinci sessiyası öz işinə başlamışdır.
15-27 fevral "Aydınlıq" və "Vətən səsi" qəzetləri Azərbaycan SSR Ali Sovetinin birinci sessiyasında Azərbaycan SSR xalq deputatı H.Əliyevin çıxışının tam mətnini vermişlər.
7 mart Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında SSRİ-nin qorunub saxlanması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsində çıxış edən H.Əliyev bunun əleyhinə səs vermişdir (həmin çıxış "Səs" qəzetinin 15 mart 1991-ci il tarixli nömrəsində dərc olunmuşdur).
14 mart Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul etmişdir.
5 aprel A.Cəlilov Bakı şəhərində işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsindən azad olunmuşdur.
10 aprel Ermənistanın Xaçik kəndindən Şərur payonunun Axura və Havuş kəndləri güclü atəşə tutulmuş, bu kəndləri mühasirəyə almağa cəhd göstərilmişdir. Axuradan Havuşa kedən "UAZ" avtomaşınındakı milis nəfərləri öldürülmüşdur.
16 aprel Naxçıvan MR-in Nehrəm kəndində İranla sərhəddən sadələşmiş üsulla keçmək üçün körpünün açılışı olmuşdur.
24- 25 aprel Azərbaycan Respublikası Ali Sovetinin qarşısında keçirilmiş mitinq iştirakçıları Konstitusiyada Prezident seçkiləriilə əlaqədar yaş məhdudiyyətinin götürülməsini tələb etmiş, vətəndaş kimi H. Əliyevin hüquqlarını pozduğuna görə həmin maddəni ittiham etmişlər.
28 aprel Bütün gün ərzində Sədərək kəndi ermənilər tərəfindən atəşə tutulmuş, 13 nəfər kənd sakini yaralanmışdır. Həmin gün Şərurun Cağazir, Günnüt və Havuş kəndləri də atəşə tutulmuşdur.
20 may Sədərək rayonu Ermənistan tərəfdən fasiləsiz atəşə tutulmuşdur.
26 iyun Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyası "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında" qanun qəbul etmiş, prezident seçkilərini 1991-ci il sentyabrın 8-nə, bazar gününə təyin etmişdir. Xalq deputatı H.Əliyev sessiyanın işində iştirak etməmişdir.
19 iyul Fərdi pensiyaçı, Sov.İKP üzvü H.Əliyev partiya sıralarından çıxması barədə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına bəyanat vermişdir.
19-21 avqust Moskvada üzdəniraq "avqust qiyamı" baş vermişdir.
21 avqust A.Mütəllibov televiziya və radio ilə bəyanat verərək xalqın qiyamçılara, Dövlət Fövqəladə Vəziyyət Komitəsinə böyük ümidlər bəslədiyini bildirmişdir.
24 avqust Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası DFVK-nə mənfi münasibət bildirmiş, onu dəstəkləyən yerli partiya və komsomol orqanları ləğv olunmuş, onların əmlakı milliləşdirilmişdir.
27-28 avqust Naxçıvan şəhərində, Şərur, Şahbuz, Culfa rayonlarında keçirilən mitinq iştirakçılarının tələbi ilə V.İ.Leninin abidələri sökülmüşdür.
29 avqust Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası olmuşdur. "Respublikada siyasi vəziyyət haqqında" məsələnin müzakirəsi zamanı etdiyi çıxışa görə siyasi təqibə məruz qalan H.Əliyev bundan sonra 1993-cü il iyun ayının 13-dək Ali Sovetin sessiyalarında, Milli Şuranın və Milli Məclisin iclaslarında iştirak etməmişdir.
30 avqust Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "AZƏRBAYCANIN MÜSTƏQİLLİK BƏYANNAMƏSİ" İLƏ BAĞLI H.Əliyev çıxış etmişdir.
3 sentyabr Naxçıvan MR Ali Məclisinin sessiyası Ali Məclisin sədri haqqında məsələ müzakirə etmişdir. Ali Məclisdə- keçirilən çoxminli mitinqin və deputatların böyük əksəriyyətinin tələbi ilə H.Əliyevin Ali Məclisin sədri seçilməsi məsələsi gündəliyə çıxarılmışdır. H.Əliyev dəfələrlə tribunaya qalxıb razı olmadığını bildirsə də, sessiya əksər səslə (bir nəfər əleyhinə, 4 nəfər bitərəf) onu Naxçıvan MR Ali Məclisinin sədri seçmişdir.
4 sentyabr Naxçıvan MR Ali Məclisi  "Azərbaycan Respublikası prezidentliyinə seçkilər haqqında" qərarı ilə muxtar respublika ərazisində bu seçkilərin keçirilməsini dayandırmış, prezident seçkilərinin sonrakı müddətdə keçirilməsini Azərbaycan Respublikası Ali Sovetindən xahiş etmişdir.
6 sentyabr Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti «Naxçıvan MR Ali Məclisinin muxtar respublika ərazisində Azərbaycan Respublikası prezidenti seçkilərini keçirməmək haqqında Konstitusiyaya zidd qərarı barədə» bəyanat vermişdir.
7 sentyabr Naxçıvan MR Ali Məclisinin Sədri H. Əliyev bəyanat verərək Azərbaycanın kommunist rəhbərliyini Naxçıvan MR Ali qanunverici orqanının fəaliyyətinə və səlahiyyətinə təsir göstərməkdə, demokratik prinsipləri boğmaqda təqsirləndirmiş, beynəlxalq təşkilatlardan xahiş etmişdir ki, Azarbaycan prezidentinin seçkiləri günü vəziyyəti obyektiv müəyyənləşdirmək üçün Naxçıvan MR-ə öz nümayəndələrini göndərsinlər.
7 sentyabr Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvan MR Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdur.
9 sentyabr H.Əliyev Rusiya Prezidenti B.N.Yeltsinə məktub göndərmiş, Naxçıvanda başlanan demokratik prosesləri dəstəkləməsini ondan xahiş etmişdir.
12 sentyabr H.Əliyevlə Ermənistan Ali Sovetinin Sədri Levon Ter-Petrosyan arasında telefon danışığı olmuşdur. H.Əliyev qatarlara edilən basqınların, adamların tutulub girov saxlanmasının, həmsərhəd kəndlərə hücumların kökünü kəsmək üçün tədbirlər görülməsini tələb etmişdir.
14 sentyabr Azərbaycan KP fövqəladə XXXIII qurultayı dörd saatlıq müzakirədən sonra respublika partiya təşkilatının özünü buraxması haqqında qərar qəbul etmişdir.
18 oktyabr Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyası "Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında"Konstitusiya aktını qəbul etmişdir.
19 oktyabr Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına teleqramında H.Əliyev dövlət müstəqilliyini böyük milli sərvət kimi dəyərləndirmiş, bütün Azərbaycan xalqını təbrik etmişdir.
29 oktyabr Naxçıvanla Türkiyə arasında müvəqqəti körpünün açılışı münasibəti ilə keçirilən mitinqdə H. Əliyev iştirak və çıxış etmişdir.
5 noyabr H.Əliyevlə Ermənistan Prezidenti L.Ter-Petrosyan arasında telefon danışığı olmuşdur. Sərhəddə yaranmış vəziyyət müzakirə olunmuşdur.
13 noyabr Türkiyənin nüfuzlu "Milliyyət" və "Hürriyyət",  Amerikanın "Vaşinqton post" qəzetinin müxbirləri Naxçıvanda olmuşlar. H.Əliyev xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.
18 noyabr Türkiyənin Konya şəhərindən ərzaq dolu ilk maşın karvanı Naxçıvana gəlmişdir. H.Əliyev Konya şəhər ziyalılarının nümayəndələrini qəbul etmişdir.
21 noyabr Bakıdan Naxçıvana və əks istiqamətdə gedən qatarların hərəkəti müvəqqəti olaraq dayandırılmışdır.
8 dekabr Ermənistan ərazisi ilə Naxçıvana məişət qazı verilməsi dayandırılmışdır.
11 dekabr Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası "Naxçıvan MR"ə sərnişinlərin daşınmasının təşkili haqqında" qərar qəbul etmişdir.
13 dekabr Naxçıvan şəhər XDM İK şəhərdəki Lenin prospektini Azadlıq prospekti, Lenin meydanını Azadlıq meydanı adlandırmışdır.
16 dekabr Naxçıvan MR Ali Məclisi hər il dekabr ayının 31-nin Dunya Azəri türklərinin həmrəylik və birlik günü kimi bayram olunması barədə qərar qəbul etmişdir.

1992-ci il.

13 yanvar 1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan MR Ali Məclisi Rəyasət heyətinin bəyanatında 19-20 yanvar hadisələrinə siyasi qiymət verilməsi tələb olunur.
18 yanvar Ali Sovetin Milli Şurası "Şəhidlər günü elan olunması haqqında" qanun qəbul etmişdir (Bundan xeyli əvvəl - 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin sessiyası hər il yanvar ayının 20-ni milli matəm günü elan etmişdi).
19 yanvar H.Əliyev S.Dəmirəlin tapşırığı ilə gəlmiş nümayəndə heyətini qəbul etmişdir. Qəbulda Naxçıvan-Türkiyə gömrükxanasının istifadəyə verilməsi məsələləri müzakirə olunmuşdur.
14 fevral Naxçıvanın Azadlıq meydanında çoxminli mitinq olmuşdur. Çıxış edənlər Xalq Cəbhəsinin hökumətdə rəhbər vəzifə tutan nümayəndələrinin istefa vermələrini tələb etmişlər.
24 fevral İranın Xarici İşlər naziri Ə.Vilayəti Bakıya gəlmişdir. O öz səfərini "Qarabağ probleminin həlli yolunda ilk addım" adlandırmışdır.
25-26 fevral Erməni silahlı birləşmələri Rusiyanın Xankəndindəki 366-cı motoatıcı polkunun köməyi ilə Xocalı şəhərini işğal etmiş, dinc sakinləri xüsusi amansızlıqla qırmışlar.
1 mart Naxçıvanda ağır yüklü təyyarələri qəbul etməyə imkan verən yeni aeroport işə düşmüşdur. Bu münasibətlə keçirilən mitinqdə H.Əliyev çıxış etmiş, Xocalı soyqırımını hiddətlə qarşılamış, millətə başsağlığı vermişdir.
6 mart 2 gündən çox davam edən mitinq iştirakçılarının tələbi ilə A.Mütəllibov Ali Sovetin fövqəladə sessiyasında prezident vəzifəsindən istefa vermişdir.
9 mart Azərbaycan Respublikası Ali Sovetinin Sədri Y.Məmmədovla H.Əliyev arasında telefon danışığı olmuşdur. İctimai- siyasi vəziyyət barədə fikir mübadiləsi aparılmışdır.
10 mart Sədərək yaxınlığındakı sərhəd zastavasında Naxçıvan MR Ali Məclisinin Sədri H. Əliyevlə Ermənistan Ali Sovetinin Sədri B.Araksyan arasında görüş olmuşdur. Söhbət zamanı atəşin kəsilməsi, Dağlıq Qarabağla bağlı məsələlər müzakirə olunmuşdur.
22-25 mart Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Türkiyə Prezidenti T.Özalın və Baş nazir S.Dəmirəlin dəvətilə Türkiyədə rəsmi səfərdə olmuşdur.
24 mart Ankarada "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalanmışdır. Protokolun imzalanma mərasimində S.Dəmirəl və H.Əliyev çıxış etmişlər.
25 mart Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi haqqında" qərar qəbul etmişdir. Seçkilər 1992-ci il iyunun 7-nə təyin olunmuşdur.
1 aprel H.Əliyev ATƏM-in Naxçıvana gələn nümayəndə heyətini qəbul etmişdir. H.Əliyev Naxçıvanın tam blokadaya salınması və Kərki kəndinin işğal olunması barədə məlumat vermişdir.
6 aprel Naxçıvan MR Ali Məclisi "Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında" qərar qəbul etmişdir.
15 aprel Sədərək rayonunun milis postları Ermənistanın Ararat rayonu tərəfindən atəşə tutulmuşdur.
24 aprel Bakıdan Naxçıvana və əks istiqamətdə gedən qatarların hərəkəti tamamilə dayandırılmışdır.
28 aprel Bakıda, Ali Sovetin qarşısında keçirilən mitinqin iştirakçıları Ali Sovetin çağrılmasını, Konstitusiyanın Azərbaycan prezidenti üçün yaş həddini nəzərdə tutan bəndinə düzəliş edilməsini tələb etmiş, H.Əliyevin Azərbaycan prezidentliyinə namizəd göstərilməsinə tərəfdar çıxmışlar.
28 aprel ABŞ-ın Azərbaycandakı səlahiyyətli nümayəndəsi R.Finn Naxçıvana gələrək H.Əliyevlə göruşmuşdur. Göruşdə mövcud ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları və s. məsələlər müzakirə olunmuşdur.
1 may H.Əliyev İranın Azərbaycandakı səfirini qəbul etmişdir.Səfir Naxçıvanda İİR-nın konsulluğunun açılması barədə XİN-in məktubunu H.Əliyevə vermişdir. H.Əliyev Təbriz şəhərində Naxçıvan MR-in konsulluğunun yaradılmasına da ciddi ehtiyac olduğunu bildirmişdir.
3 may H.Əliyevlə Türkiyənin Baş naziri S. Dəmirəl arasında telefon danışığı olmuşdur. S. Dəmirəl H. Əliyevin dəvətinə əsasən Naxçıvana gələcəyini bildirmişdir.
5 may Erməni qüvvələri sərhəddi keçərək sərhədyanı yaşayış məntəqələrinə, o cümlədən Sədərəyə basqın etmişlər.
5 may Muxtar respublikanın müdafiəsi ilə bağlı Naxçıvanın mərkəzi meydanında mitinq keçirilmişdir. H.Əliyev mitinqdə çıxış etmişdir.
6 may Sədərək, Havuş, Günnüt, Yuxarı Yaycı kəndləri yaxınlığındakı döyüşlər zamanı 42 nəfər yaralanmış, 3 nəfər həlak olmuşdur.
7 may Sədərək və Havuş kəndləri Ermənistan tərəfindən müxtəlif toplardan atəşə tutulmuşdur. 20 nəfər yaralanmışdır.
7 may Şərurda keçirilən mitinqdə çıxış edən H.Əliyev sakinləri sərhəddə vəziyyətlə əlaqədar mütəşəkkilliyə çağırmışdır.
7 may Tehranda Azərbaycan, Ermənistan və İranın dövlət başçılarının iştirakı ilə Qarabağ problemi müzakirə olunmuş, birgə bayanat imzalanmışdır.
8 may Erməni silahlı qüvvələri Şuşanı işğal etmişdir.
14 may Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası olmuşdur. A.Mütəllibov qanunsuz olaraq yenidən prezident kürsüsündə əyləşdirilmişdir. Milli Şura buraxılmış, Bakıda fövqəladə vəziyyət elan olunmuşdur.
15 may .Əliyev Naxçıvan televizyası ilə əhaliyə müraciət etmiş, Ali Sovetin fövqəladə sessiyasının qəbul etdiyi qərarı "antidemokratik tədbir" adlandırmış, xalqa qarşı cinayətə yol verildiyini bildirmişdir.
15 may Axşam saat 18-00 radələrində AXC hakimiyyəti ələ keçirmişdir. A.Mütəllibov Azərbaycandan qaçmışdır.
16 may Ali Sovetin Milli Şurasının içlasında yeni hakimiyyət orqanının yaradılması təklif olunmuş, bir qrup deputat buna yalnız H. Əliyevin başçılıq edə biləcəyini göstərmişdir.
18 may Y. Məmmədov Ali Sovetin Sədri, Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən vəzifəsindən azad edilmişdir. AS sədrinin müavini İ.Qəmbərov və Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Ali Sovetin sədrliyinə namizəd göstərilmişdir. "H.Əliyevə zəng vurmağın mümkün olmaması" kimi yersiz bəyanatla səsvermə bülleteninə yalnız İ.Qəmbərovun adı daxil edilmişdir.
18 may Erməni qüvvələri güclü atəş hazırlığından sonra Sədərəyə hücuma keçmişlər. Düşmən Milli Ordunun bəzi mövqelərini tutmuşdur.
18 may Yaranmış vəziyyətlə əlaqədar H.Əliyev Türkiyənin Baş naziri S.Dəmirəllə Xariçi İşlər naziri H.Çətinlə danışmışdır.
18 may H.Əliyev Ermənistan prezidenti L.Ter-Petrosyanla telefon danışığında ondan hücumu və atəşi dayandırmağı tələb etmişdir.
18 may Naxçıvanın sərhəd kəndlərinin güclü atəşə tutulması davam etdirilmişdir. Naxçıvanın müdafiəçilərindən 15 nəfəri həlak olmuş, 80 nəfəri ağır yaralanmışdır.
18 may Erməni silahlı birləşmələri Laçın rayonunu işğal etmişdir.
18-19 may Milli Ordu qüvvələri Sədərək yaxınlığında əldən verdiyi mövqeləri geri qaytarmışdır.
19 may Türkiyə Prezidenti T.Özal Naxçıvana təcavüzlə əlaqədar bölgəyə türk qoşunu göndərilməsini təklif etmişdir.
20 may Türkiyə Nazirlər Kabinetı Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat vermiş, İşğalçılıq siyasətinin yeni Ermənistan dövlətinin özü üçün fəlakət gətirəcəyini bildirmişdir.
21 may Şərur rayonu Ermənistan tərəfindən kimyəvi mərmilərlə top atəşinə tutulmuşdur.
21 may S.Dəmirəlin tapşırığı ilə Türkiyə Xarici İşlər nazirliyinin nümayəndə heyəti Naxçıvana göndərilmişdir. Döyüş əməliyyatı rayonynda vəziyyətlə tanış olan nümayəndə heyəti H.Əliyevlə görüşmüşdür.
21 may Azərbaycan Xarici İşlər Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə əlaqədar nota vermişdir.
22 may H.Əliyevin dəvəti ilə beynəlxalq Qırmızı Xaç komitəsinin nümayəndələri Naxçıvana gəlmişlər.
22 may Naxçıvan qadınları Rusiya qoşunlarının Naxçıvanda yerləşən hissələrinə etiraz yürüşu etmişlər.
22 may H.Əliyev televiziya ilə muxtar respublika əhalisinə müraciət etmişdir. Görülən diplomatik səylərin müqabilində 57 dövlətin rəsmi şəkildə Ermənistanın Naxçıvana təcavüzünü pislədiyini bildirən H.Əliyev demişdir: "Təəssüf ki, bizim qonşumuz İran öz mövqeyini bildirməmişdir".
24 may İranın Xarici İşlər naziri H.Vilayəti H.Əliyevə zəng vuraraq bildirmişdir ki, onun ölkəsi müharibənin davam etməsini istəmir və Qarabağ probleminin dinc yolla nizamlanmasına tərəfdardır.
25 may Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvanın inkişafı və müdafiə fondu yaradılmışdır.
25 may Sədərək və Ordubad rayonları 4 saat davam edən atəşə tutulmuşdur. Naxçıvan MR-in müdafiəçilərindən bir nəfəri həlak olmuşdur.
27 may BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüş zamanı H.Əliyev erməni təcavüzünün nəticələri barədə məlumat vermişdir.
28 may Türkiyənin Baş naziri S.Dəmirəl Naxçıvana gəlmişdir.
28 may Sədərəkdə Naxçıvanla Türkiyə arasında körpünün açılış mərasimi olmuşdur. Açılış mərasimində S.Dəmirəl, Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən İ.Qəmbərov və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev çıxış etmişlər.
1-5 iyun Baş nazir S.Dəmirəlin dəvətilə H.Əliyev Türkiyədə rəsmi səfərdə olmuşdur. H.Əliyev İzmirdə keçirilən Milli İqtisadi Konqresdə iştirak etmişdir.
3 iyun Gecə saat 22.00-da Sədərək qəsəbəsi Ermənistan tərəfdən ağır toplardan atəşə tutulmuşdur. Müdafiəçilərdən 4 nəfəri ağır yaralanmış, böyük dağıntılar olmuşdur.
7 iyun Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Mərkəzi Seçki Komissiyası Əbülfəz (Elçibəy) Qədirqulu oğlu Əliyevi Azərbaycan Prezidenti seçilmiş hesab etməyi qərara almışdır.
7 iyun Naxçıvanda "Real" müstəqil informasiya agentliyi fəaliyyətə başlamışdır.
14 iyun Babək rayonunun Buzqov və Gərməçataq kəndləri Ermənistandan atəşə tutulmuşdur. Bir nəfər yaralanmışıdr.
15 iyun Ermənilər Babək rayonunun Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq kəndlərini, Sədərək qəsəbəsini atəşə tutmuşlar. Sədərəkdə 4 nəfər, Aşağı Buzqovda 5 nəfər ağır yaralanmış, 1 nəfər həlak olmuşdur.
17 iyun ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Mayls Naxçıvana gələrək H.Əliyevlə görüşmüşdür. H. Əliyev ABŞ-ın Qarabağda və Naxçıvanda sülhün, əmin-amanlığın bərqərar olması üçün səyini əsirgəməyəcəyinə əmin olduğunu bildirmişdir.
17 iyun Naxçıvan MR Ali Məclisi Rəyasət heyətinin iclasında çıxış edən H. Əliyev Bakının rəsmi dairələrində Naxçıvan MR statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçı siyasəti ilə eyniləşdirərək demişdir: "Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır".
20 iyun Gəncə şəhərində yaradılan "Naxçıvan" xeyriyyə cəmiyyəti xalqa müraciət edərək Naxçıvanın real vəziyyəti haqqında məlumat vermiş, H.Əliyevin siyasətini dəstəklədiyini bildirmişdir.
2 iyul H.Əliyev 14 min sədərəkli qaçqının məişət şəraiti ilə tanış olmaq üçün onların yanına getmişdir.
2 iyul "Azərbaycan" nəşriyyatında "Real" informasiya agentliyinin hazırladığı "Naxçıvan yaşayır, döyüşür" fotoalbomu çapdan çıxmışdır.
13 iyul Ermənistan ərazisi ilə Ağstafadan Naxçıvana elektrik enerjisi verilməsi dayandırılmışdır.
5 iyul Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yaranmış vəziyyət barədə" qərar qəbul etmişdir.
17 iyul Naxçıvan MR-in sərhəd rayonları Ermənistan tərəfindən fasilələrlə atəşə tutulmuşdur. Ölən və yaralananlar vardır.
23 iyul H.Əliyev Rusiya prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə Rusiya vasitəçi nümayəndəliyinin rəhbəri V.Kazimirovu qəbul etmişdir.
25 iyul Naxçıvan MR Ali Məclisi "Naxçıvan MR-in müdafiəsinin təşkili haqqında" qərar qəbul etmişdir.
30 iyul Sədərək qəsəbəsi Ermənistan tərəfdən top atəşinə tutulmuşdur.
3 avqust İranın Urmiya vilayətindən Naxçıvana ərzaq və yanacaq gətirilmişdir.
10-14 avqust S.Dəmirəlin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Türkiyəyə getmişdir. O, İqdır vilayətinin yaradılması münasibətilə keçirilən təntənəli mitinqdə S.Dəmirəllə bərabər çıxış etmiş, sonra Ankaraya yola düşmüşdür.
11 avqust Saat 15.00-dan sonra Şərur rayonunun Havuş kəndi və Sədərək qəsəbəsi Ermənistan tərəfindən atəşə tutulmuşdur.
13-14 avqust Şərurun Havuş, Şahbuzun Şada kəndləri uğrunda ağır döyüşlər getmişdir.
16 avqust Ordubad rayonu ermənilər tərəfindən güclü atəşə tutulmuşdur. Təkcə Ordubad şəhərinə 50-dən çox mərmi düşmüşdür.
18 avqust Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın axırıncı rus əskəri vətənə yola salınmışdır. Hərbi əmlakın tamamilə MilliOrdunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimindəH. Əliyev iştirak etmişdir.
19 avqust Naxçıvan MR Ali Məclisi qarşısında izdihamlı mitinq olmuşdur. Mitinqdə çıxış edən H.Əliyev demişdir ki, Xalq Cəbhəsi ona qarşı sui-qəsd hazırlayır.
22-26 avqust İran Xarici İşlər Nazirliyinin dəvəti ilə H.Əliyev prezident Rəfsəncaninin şəxsi "Boinq-727" təyyarəsində Tehrana gəlmişdir. İranın ali vəzifəli şəxsləri ilə söhbət və danışıqlardan sonra "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında" protokol imzalanmışdır.
26 avqust Sədərək qəsəbəsi minaatanlardan atəşə tutulmuşdur.
26-27 avqust Naxçıvan MR Daxili İşlər Nazirliyi qarşısında silahlı milislərin piketi keçirilmişdir. Çıxış edənlər Naxçıvanda vəziyyətin gərginləşməsində Azərbaycanda hakimiyyətdə olan qüvvələri, o cümlədən İ.Həmidovu günahlandırmışlar.
13 sentyabr H.Əliyev Naxçıvan televiziyası ilə çıxış edərək özünün istefası barədə, habelə Naxçıvanın separat siyasəti barədə şaiyələri təkzib etmişdir.
13 sentyabr Gecə Şahbuzun Batabat və Şada məntəqələri müxtəlif silahlardan atəşə tutulmuşdur. Milli ordu qüvvələrindən bir nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır.
29 sentyabr Sonuncu rus sərhədçiləri Naxçıvan MR ərazisini tərk etmişlər. Ruslara məxsus bütün hərbi və təsərrüfat əmlakının Azərbaycanın Naxçıvandakı sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalanmışdır.
10 oktyabr Bakıda "Naxçıvan" həftəlik ictimai-siyasi qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. H.Əliyev qəzetə təbrik məktubu göndərmişdir.
16 oktyabr Azərbaycan ziyalılarının böyük bir qrupu H. Əliyevə müraciət edərək ondan yaradılmaqda olan YAP-a rəhbərlik etməyə razılıq verməsini xahiş etmişlər.
18 oktyabr Naxçıvan sərhəd zastavasında ilk dəfə olaraq Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmışdır. H.Əliyev təntənəli mərasimdə iştirak etmişdir.
23 oktyabr Huseyn Cavidin anadan olmasının 110 illiyi Heydər Əliyevin təşəbbüsü ilə geniş qeyd olundu.  (mövzunun davamı)
24 oktyabr Mətbuatda H.Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan "Yeni, Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olunmuşdur.
24 oktyabr AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişi cəhdi göstərilmişdir.
24 oktyabr Naxçıvan MR Ali Məclisinin qarşısında keçirilən izdihamlı mitinqin iştirakçıları H.Əliyevlə həmrəylik ifadə etmiş, silahlı dəstələrdən Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb etmişlər.
24 oktyabr H.Əliyev bir neçə dəfə AXC sədri, Azərbaycan prezidenti Ə.Elçibəylə telefonla danışaraq AXC Naxçıvan şöbəsi tərəfindən törədilən təxribata son qoyulmasını tələb etmişdir.
25 oktyabr H.Əliyev Naxçıvan radiosu ilə əhaliyə müraciət etmişdir.
25 oktyabr Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında 24 oktyabr dövlət çevrilişi cəhdi pislənilmiş, AXC silahlı dəstələrinin tərksilah edilməsi ilə əlaqədar deputat komissiyası yaradılmışdır.
27 oktyabr Naxçıvandakı Azadlıq meydanında keçirilən Ümumrespublika mitinqinin iştirakçıları Azərbaycan Prezidentindən H.Əliyevə və Naxçıvana qarşı göstərilən zorakılıq hərəkətlərini aradan qaldırmağı tələb etmişlər.
27 oktyabr H.Əliyev yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmişdir.
28 oktyabr Naxçıvanda nisbi sakitlik yaranmışdır. Ali Məclisdə 24 oktyabr hadisələri ilə əlaqədar müşavirə keçirilmişdir.
5 noyabr YAP təşkilat komitəsinin yığıncağı keçirilmişdir. H.Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçilmişdir.
21 noyabr Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmişdir. H.Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçilmişdir.
3 dekabr İrandan Naxçıvana 40 meqavatt gücündə elektrik enerjisinin verilməsi münasibətilə Arazkənarı stansiyada təntənəli mitinq olmuşdur. H.Əliyev mitinqdə çıxış etmişdir.
3 dekabr İranla Naxçıvanı birləşdirən Şahtaxtı-Poldəşt keçid məntəqəsinin açılışı olmuşdur. H.Əliyev və İranın Kooperasiya naziri Q.Şafeyi açılış mərasimində iştirak etmişlər.
29 dekabr "Naxçıvan" qəzeti H.Əliyevin "İnsan xalq üçün yaşayanda xoşbəxt olur" sərlövhəli müsahibəsini vermişdir.
29 dekabr H.Əliyev Naxçıvan televiziyası ilə çıxış edərək əhalini şaiyələrə uymamağa, yaranmış gərginliyi aradan qaldırmaq üçün sabitliyi gözləməyə çağırmışdır.

1993-cü il.

20 yanvar Naxçıvan MR-də yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar hüzn mərasimi keçirilmişdir. Şəhidlər xiyabanındakı izdihamlı mitinqdə H.Əliyev çıxış etmişdir.
20 yanvar H.Əliyev B.Klintona ABŞ prezidenti seçilməsi münasibətilə təbrik teleqramı və xüsusi məktub göndərmişdir.
4 fevral ABŞ-ın Bakıdakı səfiri R.Mayls Naxçıvana iki günlük səfərdə olmuşdur. H.Əliyevin B.Klintona məktubu ilə əlaqədar Naxçıvan MR-in ehtiyacları öyrənilmiş, humanitar yardımın çatdırılması mexanizmi müzakirə edilmişdir.
5 fevral Naxçıvanda Türkiyə Respublikasının konsulluğu fəaliyyətə başlamışdır.
12 fevral H.Əliyev Bakıda Azərbaycan Prezidenti Ə. Elçibəylə görüşmüşdür. Görüşdə blokada ilə bağlı Naxçıvan MR-in düşdüyü vəziyyət müzakirə edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin bəzi aspektləri barədə fikir mübadiləsi olmuşdur.
13 fevral YAP-ın Bakıdakı iqamətgahında H. Əliyevin buradakı partiya təəssübkeşləri ilə ilk görüşü keçirilmişdir.
17 fevral Naxçıvan Texniki-İstehsalat Rabitə İdarəsinin sifarişi ilə Fransanın milli "DSR Holdinqs" mətbəəsi, üzərində H.Əliyevin şəkli və Naxçıvan MR-in xəritəsi olan ilk poçt markasını buraxmışdır.
3 mart H.Əliyev Bakıda Türkiyənin və ABŞ-ın fövqəladə və səlahiyətli səfirləri ilə görüşmüşdür.
5 mart H.Əliyev İngiltərənin Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstok və Fransa səfiri Jan Perre ilə görüşmüşdür.
8 mart Naxçıvanda İran İslam Respublikasının Konsulluğu açılmışdır.
10 mart H.Əliyevin ABŞ Prezidenti B.Klintona məktubundan sonra Ağ evin Naxçıvana təcili humanitar yardımı başlanmışdır. Saat 16:30-da birbaşa ABŞ-dan uçan "Boinq" təyyarəsi Naxçıvan aeroportuna enmiş, bir milyon ABŞ dolları dəyərində humanitar yardım gətirmişdir.
16-19 mart H.Əliyev İranın Xarici İşlər naziri H. Vilayətinin dəvəti ilə Tehrana rəsmi səfərə getmişdir.
18 mart Təbrizdə H.Əliyev və İranın Şərqi Azərbaycan ostandarı Ə.Əbdüləlizadə əməkdaşlıq haqqında protokol imzalamışlar.
21 mart Fransadan Naxçıvan MR-ə təyyarə ilə 37 ton humanitar yardım göndərilmişdir.
2 aprel Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunmuşdur.
2 aprel Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edən H.Əliyev erməni ordusunun Kəlbəcəri işğal etməsini "ərazi bütövlüyümüzə qarşı qəsd" adlandırmışdır.
10 aprel Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan "Yeni Azərbaycan" qəzeti nəşrə başlamışdır. H.Əliyev qəzetə təbrik teleqramı göndərmişdir.
16 aprel H.Əliyev Türkiyənin yaxın bölgələrinə işgüzar səfərə getmişdir. İqdırda Türkiyənin dövlət naziri O.Gilərçioğlu ilə H.Əliyevin görüşü olmuşdur.
19-25 aprel H.Əliyev Türkiyə prezidenti T.Özalın dəfn mərasimində iştirak etmək üçün Türkiyəyə getmişdir.
10 may H.Əliyevin 70 yaşı tamam olmuşdur. Bu münasibətlə Azərbaycanın hər yerindən, əmək kollektivlərindən, ayrı-ayrı şəxslərdən, xarici nümayəndəliklərdən muxtar respublika Ali Məclisinə saysız-hesabsız teleqramlar göndərilmişdir.
10 may Azərbaycanın tanınmış ziyalılarının böyük bir qrupu H.Əliyevi 70 yaşı münasibəti ilə təbrik etmək üçün Naxçıvana gəlmişdir.
10-11 may Şərur qəsəbəsi, rayonun Sərxanlı, Aşağı Aralıq, Yuxarı Yaycı, Dizə, Qarxun, Oğlanqala, Düdəngə kəndləri Ermənistanın Xaçik hərbi bazasından "Qrad" qurğularından, tanklardan və toplardan güclü atəşə tutulmuşdur.
13 may Naxçıvan şəhərində H.Əliyev və İranın Qərbi Azərbaycan ostandarı Q. Səadət mədəni-iqtisadi əməkdaşlıq barədə müqavilə imzalamışlar.
14 may Sədərəklə Ararat rayonu arasındakı sərhəd zastavasında Naxçıvanın və Ermənistanın nümayəndə heyətləri görüşmüşlər. H.Əliyev və Ermənistan Ali Soveti sədrinin müavini A.Saakyan sərhədboyu məntəqələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar bəyannamə imzalamışlar.
15 may Sədərəkdə keçirilən görüşlə bağlı AzərTAC-ın qərəzli məlumatından sonra Azərbaycan Milli Məclisində qeyri-sağlam müzakirələr aparılmışdır. Ali Məclisin Mətbuat Xidməti rəsmi təkzib vermiş, bəyannamənin mətnini mətbuatda yaymışdır.
16 may H.Əliyev Türkiyə Respublikasının Prezidenti seçilməsi münasibətilə S.Dəmirələ təbrik məktubu göndərmişdir.
21 may Sədərəkdə atışmalar davam etmişdir. Milli Ordunun 5 nəfər əskəri yaralanmışdır.
7 iyun Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyətləri Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar müraciət qəbul etmişdir.
9 iyun Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev saat 15:00-da Bakıya gəlmişdir.
13 iyun Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası olmuşdur. Deputatlar Ali Sovetin Sədri İ.Qəmbərin istefasını qəbul etmişlər.
13-14 iyun Naxçıvan MR Ali Məclisinin Sədri H.Əliyev Gəncə şəhərində olmuş, kəskin siyasi böhranın aradan qaldırılmasıyolları müzakirə edilmişdir.
15 iyun Milli Məclisin iclasında H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
17-18 iyun Azərbaycan Prezidenti Ə.Elçibəy Bakı şəhərini tərk edərək Naxçıvan MR-in Kələki kəndinə getmişdir.
18 iyun Saat 12:00-da Azərbaycan Respublikası Ali Sovetinin Sədri H.Əliyev milli televiziya ilə xalqa birbaşa müraciət edərək yaranmış vəziyyətdə Prezidentin bütün səlahiyyətlərinin və məsuliyyətini öz üzərinə götürmək məcburiyyətində qaldığını bildirmişdir.
23 iyun Azərbaycan Respublikası Milli Məclisi "Azərbaycan Respublikası Prezidenti Ə.Q.Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası prezidenti vəzifəsini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında" qərar qəbul etmişdir.
29 avqust Azərbaycanda Ə.Elçibəyə etimad göstərilməsi ilə əlaqədar referendum keçirilmişdir. Referendumda iştirak edənlərin 97,5 faizi Ə.Elçibəyə etimad göstərmədiyini bildirmişdir.
3 oktyabr Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə Heydər Əlirza oğlu Əliyevin lehinə 98.8 faiz, əleyhinə 1 faiz səs verilmişdir. Mərkəzi Seçki Komissiyası H.Ə.Əliyevi Azərbaycan Respublikası Prezidenti seçilmiş hesab etməyi qərara almışdır.
10 oktyabr Respublika sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirilmişdir.  (mövzunun davamı)